Terminalda nə sərnişin sıxlığı, nə də növbə müşahidə olunur.
Vnukovo Beynəlxalq Hava Limanının fəaliyyəti artıq bərpa olunub, liman normal rejimdə işləyir. Bu barədə hava limanının “Telegram” kanalı saat 11 radələrində xəbər verib. Məlumatı TASS yayıb.
Bildirilir ki, terminalda nə sərnişin sıxlığı, nə də növbələr var.
“Uçuşların gediş-gəlişi qrafikə uyğun həyata keçirilir. Aeroport kompleksi bütün sərnişinlərə rahat və vaxtında xidmət göstərir”, - məlumatda deyilir.
Qeyd edək ki, gecə saatlarında Vnukovo və Şeremetyevo hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. “Rosaviasiya”nın məlumatına görə, həmin müddətdə səkkiz təyyarə alternativ aerodromlara göndərilib.
P.ƏMİRCANOV
XQ