Bloomberg: ABŞ Rusiya neftinin qiymətini aşağı salmaq barədə təklifə qarşıdır

post-img

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar G7 ölkələrinin Rusiya neftinin maksimal qiymətini azaltmaq təklifinə qarşıdır. Məlumatı “Kommersant” verib. 

Nəşrin mənbələrinə görə, Vaşinqtonun mövqeyi avropalıların G7 liderlərinin Kanada sammitində hasilatın azaldılmasına razılıq verəcəyinə olan ümidlərini zəiflədir. Bloomberg mənbələri əlavə edib ki, son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Aİ və Böyük Britaniya Rusiyanın neft gəlirlərinə təzyiq göstərmək məqsədilə Rusiya neftinin qiymət tavanını 60 dollardan 45 dollara endirməyə çalışır.

Agentliyin mənbələrindən biri bildirib ki, Aİ və Böyük Britaniya limiti ABŞ olmadan da aşağı salmağı nəzərdən keçirə bilər, lakin bütün G7 ölkələrini əhatə edən razılaşma daha effektiv olacaq.

P.ƏMİRCANOV
XQ

Dünya