İtaliya paytaxtında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və ABŞ arasında danışıqların beşinci raundu başlayıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Siyasi Planlama üzrə direktoru Maykl Anton, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi, Kazem Qəribabadi və Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai daxildir.
Məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir. Danışıqlarda vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edir.
P.ƏMİRCANOV
XQ