Almaniya kansleri: Ukrayna münaqişəsinin həlli uzun çəkə bilər

post-img

Almaniya kansleri Fridrix Merz hesab edir ki, Ukraynada münaqişənin tezliklə həlli yoxdur və vəziyyət uzun müddət çəkə bilər. Məlumatı TASS verib. 

Merz Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib: “Bizim heç bir illüziyamız yoxdur: tez həll yolu yoxdur. Bu proses yeni başlayıb və bir çox həftələr, bəlkə də bir çox aylar çəkə bilər”, - o əlavə edib. 

Eyni zamanda, Almaniya kansleri ABŞ hökumətinin danışıqlar yolu ilə həll yolu tapmağa marağını itirməsi ilə bağlı fikirləri təkzib edib.

Onun sözlərinə görə, avropalılar əmindirlər ki, məsələnin sülh yolu ilə həlli həm də ABŞ-ın maraqlarına cavab verir: “Mən bunu Amerika hökuməti, o cümlədən ABŞ Konqresi ilə apardığım müzakirələrdə çatdırmağa çalışıram. Və məndə belə bir hiss var ki, Amerika hökuməti və Konqresinin əhəmiyyətli bir hissəsi bunu belə görür”.

P.ƏMİRCANOV
XQ

Dünya