Mayın 22-də Rumıniyanın paytaxtı Buxarestdə 9-cu Qara Dəniz və Balkanlar Təhlükəsizlik Forumu açılıb. Məlumatı “Anadolu” verib.
Tədbiri Yeni Strategiya Mərkəzi təşkil edir. Qara dəniz və Balkan ölkələrinin əsas forumlarından biri müdafiə, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələlərinə həsr olunub.
Tədbirdə dəvət olunmuş 198 məruzəçi ilə 50 panel müzakirəsi keçiriləcək.
Forumda Avropa İttifaqı və NATO-ya üzv dövlətlərdən, həmçinin tərəfdaş ölkələrdən rəsmilər, diplomatlar, hərbi qulluqçular və analitiklər iştirak edirlər.
Müzakirə üçün nəzərdə tutulan mövzular arasında ABŞ-ın Avropa və Qara dəniz regionunda hərbi mövcudluğunun restrukturizasiyası, Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar, Ukraynanın bərpası, dezinformasiyaya qarşı mübarizə, həmçinin Moldovanın Avropa İttifaqına daxil olması prosesi daxildir.
P.ƏMİRCANOV
XQ