XİN: Çin ticarət müharibəsindən geri çəkilməyəcək

post-img

Çin ticarət və rüsum müharibəsindən geri çəkilməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien qurumun gündəlik brifinqində deyib.

Lin Cien ABŞ-ın Çin mallarına olan idxal rüsumlarını artırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Çin ticarət və tarif müharibələri aparmaq istəmir, lakin bu müharibədən geri çəkilməyəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq olunan idxal rüsumlarını aprelin 9-dan 125 faizə qaldırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya