Avropa ABŞ-a qarşı tarifləri təsdiqlədi

post-img

Avropa İttifaqı Şurası aprelin 15-dən qüvvəyə minəcək ABŞ mallarına tətbiq edilən ilk tarif paketini təsdiqləyib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Aİ ölkələri Avropa Komissiyasının ABŞ-a qarşı ticarətlə bağlı əks-tədbirlər tətbiq etmək təklifinin lehinə səs verib”, - bəyanatda deyilir. Sənəddə vurğulanır ki, bu tariflər “ABŞ-ın polad və alüminium tariflərinin” birinci blokuna cavab olaraq tətbiq edilir və “aprelin 15-də toplanmağa başlayacaq”.

Bloomberg-in məlumatına görə, tariflər 21 milyard avro dəyərində ABŞ idxalına şamil ediləcək.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq olunub. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.

S.ELAY

XQ

Dünya