Aktauda “Türk rəqslərinin ritmi” müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim olunub

post-img

“Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində keçirilən “Türk rəqsinin ritmləri” beynəlxalq rəqs festivalının qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, bu unikal mədəni layihə Türk dünyası ölkələrinin - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Qazaxıstanın ən yaxşı rəqs qruplarını səhnədə bir araya gətirib.

İştirakçılar musiqi və rəqs vasitəsilə öz vətənlərinin adət-ənənələrini, tarixini təqdim ediblər. Hər bir yaradıcı kollektivin çıxışı hərarətlə qarşılanıb və xüsusi mükafatlarla təltif olunub.

TÜRKSOY-un Baş katibi Sultan Raev “Aktau - Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimində ən fəal iştirak edən rəqs qruplarına TÜRKSOY-un əsas mükafatını təqdim edib.

Xatırladaq ki, aprelin 5-də Aktauya “2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı” statusunun verilməsi çərçivəsində tədbirlərə həsr olunmuş təntənəli açılış mərasimi keçirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana





Dünya