ABŞ-ın baş prokuroru: Trampın prezidentlik müddətinin uzadılması “ağır yük” olacaq

post-img

Donald Trampın prezidentlik müddətinin uzadılması ABŞ Konstitusiyası üçün “ağır yük” olardı. Bunu ABŞ-ın baş prokuroru Pam Bondi Trampın mümkün üçüncü prezidentlik müddətinə dair davam edən müzakirələr zamanı deyib.

Məlumatı “Anadolu” verib. 

Nazirin sözlərinə görə, ABŞ Konstitusiyası prezidentin səlahiyyət müddətini açıq şəkildə iki müddətlə məhdudlaşdırır.

O, bu müddətin hər hansı uzadılmasının ölkənin əsas qanununa ciddi təzyiq göstərəcəyini vurğulayıb: “Çox güman ki, bu müddətdən sonra onun səlahiyyət müddəti başa çatacaq”. 

Bundan əvvəl Donald Tramp NBC News telekanalına müsahibəsində demişdi ki, onun mümkün üçüncü müddətlə bağlı sözləri zarafat deyil: “Bunu etmək üçün yollar var”.

P.ƏMİRCANOV
XQ

Dünya