Gürcüstanın baş naziri İrakli Kobaxidze bazar günü, aprelin 6-da gürcü xalqının “səbirli olacağı” təqdirdə Abxaziya və Cənubi Osetiya ilə birləşmənin mümkünlüyünü bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
Kobaxidze “İmedi ” telekanalına müsahibəsində deyib : “Gürcüstanın ərazi bütövlüyünün bərpası, əgər biz səbir nümayiş etdirsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək, realdır”.
Bununla belə, baş nazir vurğulayıb ki, bu məsələnin həlli, təbii ki, müxtəlif amillərdən asılı olacaq, lakin “səbir və düzgün siyasət”lə hər şey mümkündür.
Bundan əvvəl, fevralın 18-də Gürcüstan prezidenti Mixeil Kavelaşvili bəyan etmişdi ki, xarici qüvvələr ölkəni Rusiya ilə müharibəyə sövq etməyə çalışır. Onun sözlərinə görə, Ukraynada münaqişənin başladığı ilk günlərdən belə çağırışlar eşidilir.
P.ƏMİRCANOV
XQ