Kreml Trampın neft tarifləri haqda təhdidlərinə cavab verib

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukraynada sülh nizamlanmasınun uğursuz olacağı təqdirdə Rusiya neftinə ikinci dərəcəli rüsumlar tətbiq etməklə hədələməsini şərh edib. Məlumatı “Kommersant” verib.

“Amerika tərəfi ilə əlaqələrimizi davam etdiririk. Mövzu çox mürəkkəbdir, Ukrayna tənzimlənməsi ilə bağlı müzakirə etdiyimiz məzmun çox mürəkkəbdir. Onlar çoxlu əlavə səylər tələb edir. Amerika tərəfi ilə təmaslarımızı davam etdiririk”, - deyə Peskov mətbuata bildirib.

Bu gün ABŞ prezidenti təsdiqləyib ki, Rusiya rəhbərliyi Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə razılıq verməsə, yeni rüsumlar tətbiq etməyə hazırdır. Eyni zamanda, Donald Tramp bunu etmək istəmədiyini vurğulayıb və Rusiya prezidentinin müqavilələr bağlamağa razı olacağına ümid etdiyini bildirib.

Martın 30-da Donald Tramp bəyan edib ki, münaqişənin həlli Rusiyanın günahı üzündən baş tutmasa, Rusiya neftinə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. ABŞ prezidenti Rusiya liderinin Vladimir Zelenski haqqında dediyi sözlərdən və Ukraynada demokratik seçkilərin keçirilməsi üçün müvəqqəti idarəetmənin tətbiqi ideyasından narazı qalıb.

P.ƏMİRCANOV
XQ

Dünya