Hollandiya Ukraynaya pilotsuz təyyarə layihəsi üçün 500 milyon avro ayıracağını bildirib.
Hollandiya Müdafiə Nazirliyinin məlumatına görə, 500 milyon avro ölkənin 2025-ci ildə ayırmağa qərar verdiyi 2 milyard avroluq sürətli maliyyələşdirmə paketinin bir hissəsidir.
Bu barədə müdafiə naziri Ruben Brekelmans və dövlət katibi Geys Tuynman Ukraynaya səfəri zamanı bildiriblər.
Nazirlik müdafiə naziri Brekelmansın sözlərindən sitat gətirir: "Ukraynaya 500 milyon avroluq pilotsuz təyyarə layihəsi də daxil olmaqla, 2 milyard avro sürətləndirilmiş dəstək verdiyimizi elan etmək vacib idi. Bu dronlar döyüş meydanında böyük fərq yaradacaq və sözün əsl mənasında insanların həyatını xilas edəcək".
Nazir qeyd edib ki, bu dəstək Ukraynanın cəbhə xəttində və danışıqlar masasında mövqeyini gücləndirməyə kömək edəcək.
Kiyevdə Brekelmans ilə görüşdən sonra Ukraynanın müdafiə naziri Rustem Umerov Hollandiyanın Ukraynaya əlavə olaraq 3,5 milyard avro ayıracağını, bunun da mühüm hissəsinin 2025-ci ildə Ukraynaya təhlükəsizlik yardımı göstərməsinə yönəldiləcəyini açıqlayıb.
Umerov Hollandiyanın “Drone Line” layihəsini dəstəklədiyini və Ukrayna istehsalına sərmayə qoyduğunu bildirib, lakin investisiya məbləğlərini açıqlamayıb.
S.ELAY
XQ