Şoltsun partiyası Rusiyadan qaz nəqlinin bərpasını istisna edir

post-img

Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl Ukraynada müharibə bitsə belə, Rusiyanın qaz təchizatına qayıtmaq imkanını rədd edir.

“European Pravda” n-tv-yə istinadən xəbər verir.

Klinqbeyl qeyd edib ki, Ukraynayda genişmiqyaslı  müharibəı başlayandan sonra Almaniya Rusiya qazından müstəqil olub və “bu yol ardıcıl olaraq davam etdirilməlidir”.

O,  geriyə heç bir yol görmür.

"Rusiya ilə münasibətləri normallaşdırmaqdan hələ çox uzaqdayıq. Amma hətta müharibədən sonra da geriyə dönüş ola bilməz. Biz artıq sadəlövh ola bilmərik", - Klinqbeyl əlavə edib.

Onun bəyanatı heç vaxt istismara verilməyən “Şimal axını 2” qaz kəmərinin Baltik dənizi üzərindən yenidən işə salınması ehtimalı ilə bağlı fərziyyələr fonunda verilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva və Vaşinqton “Şimal axını” vasitəsilə əlaqə saxlayır.

S.ELAY

XQ

Dünya