NATO-ya üzv ölkələr martın 31-i bazar ertəsi günü “Ramstein Flag 2025” adlı genişmiqyaslı hava təliminə başlayır.
Aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə qatılacaq. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Hollandiyadakı Leuvarden Hava Bazasından idarə ediləcək.
"Ramstein Flag 2025" - ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, birləşmiş döyüş qabiliyyətini və inteqrasiya olunmuş hava və raketdən müdafiəni hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulmuş çoxşaxəli təlimdir.
S.ELAY
XQ