Cümə günü Myanmada baş verən 7,7 bal gücündə zəlzələ 300-dən çox atom bombasına bərabər enerji azad edib. Bunu amerikalı geoloq CNN-ə bildirib və bölgədə afterşok təkanların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Geoloq Jess Phoenix CNN-ə deyib: "Belə bir zəlzələnin azad etdiyi güc təxminən 334 atom bombasına bərabərdir".
O, həmçinin Hindistan tektonik plitəsinin Myanmanın altındakı Avrasiya plitəsinə çarpmağa davam etdiyi üçün afterşok təkanların aylarla davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Phoenix əlavə edib ki, Myanmadakı dağıntılar ölkədəki vətəndaş müharibəsi ilə daha da pisləşəcək.
Münaqişə, rabitənin kəsilməsi ilə birləşərək, xarici dünyanın zəlzələnin əsl təsirini başa düşməsinə mane olur.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Myanmada 1000-dən çox insan ölüb. ABŞ Geoloji Xidməti, ilkin proqnozlarına əsasən, ölənlərin sayının 10 000-i keçə biləcəyini təxmin edir.
S.ELAY
XQ