Korsikalı nümayəndə: Fransada azsaylı xalqların nümayəndələri siyasi məhbus həyatı yaşayır

post-img

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Korsika xalqı yox olmaq ərəfəsindədir. Hərbi yolla ələ keçirilən Korsika adası tarixin bütün mərhələlərində Fransanın təzyiqinə məruz qalıb. Demokratiya və azadlıqdan danışaraq bu dəyərləri özünün prioritet siyasəti hesab edən rəsmi Paris korsikalılara qarşı hər zaman amansız davranıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən korsikalı nümayəndə Fransua Benedetti deyib. O bildirib ki, Korsika adasını tam müstəmləkə altına almaq və xalqın azadlıq istəyini boğmaq üçün Fransa ilk növbədə korsikalıların mədəniyyətini və dinini istismar etməyə başladı. Bütün vasitələrdən istifadə olundu ki, korsikalılar öz dinlərindən imtina etsinlər. Korsikada yaradılmış “Natsione” hərəkatının 200 nümayəndəsi qanunsuz olaraq həbs edilib. Onlar siyasi məhbuslardır və biz onlara azadlıq tələb edirik.

F. Benedetti diqqətə çatdırıb ki, müasir dövrdə Fransa türmələrində siyasi məhbusların olması rəsmi Parisin çirkin siyasətini aşkar edir. Dünya dövlətlərinə demokratiyadan dərs keçən Fransada hazırda korsikalılardan ibarət 200-dən çox siyasi məhbus var.

Korsikada keçirilən assimilyasiya siyasəti xalqın ildən-ilə azalmasına səbəb olur. Məktəb dərsliklərində və ali məktəblərdə Korsika tarixi, dili, ədəbiyyatı barədə heç bir məlumat verilmir. Bizi fransızlar kimi təqdim edirlər. Korsikalılar Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasəti ilə heç vaxt barışmayacaqlar.

Siyasət