Kelloq Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı açıqlama verib

post-img

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Rusiya qanuni olaraq Ukraynanın bir hissəsi olsa da, işğal etdiyi Ukrayna ərazilərini tərk etməyəcək.

“Fox News” telekanalına müsahibəsində Kelloq qeyd edib ki, Rusiya faktiki olaraq bütün Luqansk bölgəsini ələ keçirib, lakin Donetsk, Zaporojya və Xerson vilayətlərinə qismən nəzarət edir.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya ələ keçirilən ərazilərdə fiziki olaraq mövcuddur və onları tərk etməyi planlaşdırmır, lakin de-fakto və de-yure nəzarəti ayırd etmək vacibdir.

"De-fakto bu, o deməkdir ki, onlar ərazini fiziki olaraq işğal ediblər və oranı tərk etməyəcəklər. Amma de-yure siz onu tamamilə ilhaq etdiyinizi deyə bilməzsiniz. Beynəlxalq ictimaiyyət bu ərazini Rusiyanın bir hissəsi kimi tanımır", - Kelloq qeyd edib.

O vurğulayıb ki, bu, gələcək danışıqları tələb edəcək çətin vəziyyət yaradır. Ona görə də onun fikrincə, siyasi həll yolu tapmaq üçün həm Ukraynanın, həm də Rusiyanın mövqelərini anlamaq, həmçinin hər iki tərəfi qismən də olsa qane edəcək kompromis tapmaq lazımdır. Eyni zamanda o, heç bir tərəfin tələblərinin tam təmin olunmayacağını vurğulayıb.

"Düşünürəm ki, biz texniki tapşırıq almalıyıq. Ukraynalılar nə istəyirlər? Ruslar nə istəyirlər? Onda biz bu mövqeləri bir araya toplamaq və bəlkə də hər iki tərəfi qane edəcək variant tapmaq lazımdır. Amma təbii ki, onların heç biri istədikləri hər şeyi ala bilməyəcəklər", - o vurğulayıb.

S.ELAY

XQ

Dünya