Rusiyalı jurnalist minaya düşərək həlak olub

post-img

Rusiyanın Birinci Kanalın hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində “peşə borcunu yerinə yetirərkən” həlak olub. Onu müşayiət edən operator Dmitri Volkov isə yaralanıb. Bu barədə TASS-a Birinci Kanalın mətbuat xidməti məlumat verib.

"Birinci Kanalın hərbi müxbiri Anna Prokofyeva peşə borcunu yerinə yetirərkən dünyasını dəyişib. Bu, Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində, Birinci Kanalın çəkiliş qrupunun düşmən minası tərəfindən partladıldığı yerdə baş verib. "Anna ilə birlikdə olan operator Dmitri Volkov yaralanıb”, - deyə mətbuat xidməti məlumat yayıb.

S.ELAY

XQ

Dünya