ABŞ Çinin 80 şirkətini "qara siyahı"ya əlavə edib

post-img

ABŞ Pekinin süni intellekt, çip imkanlarını məhdudlaşdırmaq üçün Çinin 80 şirkətini "qara siyahı"ya əlavə edib.

ABŞ Pekinin qabaqcıl texnologiyaya çıxışını məhdudlaşdırmaq məqsədilə daha çox Çin şirkətlərini ixracın "qara siyahısı"na əlavə edib. Bu, Donald Tramp administrasiyası dövründə Çində süni intellekt və hərbi texnologiyaların inkişafına nəzarəti gücləndirməyə yönəlmiş ilk belə addımdır. Bu barədə CNBC məlumat verir.

ABŞ Ticarət Departamenti 80 təşkilatı "müəssisə siyahısına" əlavə edib ki, bu da ABŞ şirkətlərinə hökumətin xüsusi icazəsi olmadan texnologiya ilə təmin olunmasını qadağan edir. Çin şirkətləri ölkənin hərbi modernləşdirilməsinə, xüsusilə superkompüterlərin, kvant texnologiyalarının və yüksək qabiliyyətli çiplərin hazırlanmasına dəstək verməkdə ittiham olunur.

Siyahıya, həmçinin Bayden administrasiyasının sanksiyalarına məruz qalmış Inspur Group-un altı törəmə şirkəti də var. Bundan başqa, iki şirkət Huawei və onun törəmə şirkəti HiSilicon-a texnologiya təmin etməkdə günahkar bilinib.

Mütəxəssislərin fikrincə, Çin şirkətləri vasitəçilərin köməyilə Amerika texnologiyalarına çıxış yollarını tapmağa davam edirlər. Buna cavab olaraq ABŞ NVIDIA və AMD-dən yarımkeçiricilərin qaçaqmalçılığını izləmək üçün tədbirləri gücləndirməyi planlaşdırır.

Məhdudiyyətlər Vaşinqton və Pekin arasında gərginliyin artması, xüsusən də Çin mallarına tətbiq edilən tariflərin artması fonunda baş verir. Buna baxmayaraq, DeepSeek kimi açıq mənbəli AI modelləri Çində sürətlə inkişaf edərək Amerika şirkətləri üçün rəqabəti artırır.

S.ELAY

XQ

 

Dünya