Ukraynada atəşkəsin təfərrüatları bazar günü Ciddədə işlənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff “Fox News” telekanalına bildirib.
"Əlbəttə, bəzi detalları işləməliyik, müzakirə bazar günü Ciddədə başlayacaq", - deyə Vitkoff bəyan edib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Amerika tərəfini ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio təmsil edəcək.