Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq məsələlər müzakirə olunub

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Krallığın Müdafiə Nazirliyinin rəhbəri şahzadə Xalid bin Salman ilə görüşüb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ankara ilə Ər-Riyad arasında son illər fəal dialoq ikitərəfli əlaqələrə, o cümlədən müdafiə sektoruna təkan verib.

Yanvarın əvvəlində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Ər-Riyada səfər edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya