“The Washington Post”: USAID-in rəhbərliyi əməkdaşlara daxili sənədləri yandırmaq əmrini verib

post-img

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi əməkdaşlara daxili sənədləri, o cümlədən şəxsi heyət və məxfi materiallarla bağlı faylları məhv etməyi əmr edib. Bu barədə Tramp administrasiyasının təsis etdiyi müvafiq komissiyanın hesabatında qeyd edilir.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzetinin əldə etdiyi e-poçta görə, USAID-in yüksək rütbəli rəsmisi agentliyin Vaşinqtondakı baş qərargahındakı işçilərə qeydləri cırmaq və ya yandırmaq göstərişi verib.

Agentliyin icraçı katibi vəzifəsini icra edən Erika Y. Carr tərəfindən imzalanmış sərəncam qanunvericilərin hökumət sənədlərinin məhv edilməsinə dair qanuni qadağaların pozulması faktıdır və ABŞ Konqresində həyəcan yaradıb.

Direktiv Prezident Donald Tramp administrasiyasının USAID-i ləğv etmək, o cümlədən müqavilələrinin əksəriyyətinə xitam vermək, azı 1600 vəzifəni ixtisara salmaq və 10 min əməkdaşdan ibarət bütün qlobal işçi qüvvəsini inzibati məzuniyyətə göndərmək kimi geniş səylərindən sonra dərc olunub.

USAID-in bağlanmasının aparıcı tərəfdarlarından olan Trampın müşaviri İlon Mask sübut təqdim etmədən agentliyi “cinayətkar təşkilat” adlandırıb.

Dövlət katibi Marko Rubio bazar ertəsi bildirib ki, Tramp administrasiyasının USAID-də altı həftə davam edən yoxlaması maliyyə vəsaitlərinin sui-istifadəsi və ABŞ-ın maraqlarına zərər vurulması səbəbindən proqramlarının 83 faizinin ləğvi ilə nəticələnib.

USAID və ABŞ Dövlət Departamenti hələlik hesabata münasibət bildirməyib.

Dünya