Qrenlandiyanın müxalif Demokratlar Partiyası parlament seçkilərində qalib gəlib

post-img

Martın 11-də keçirilən yerli parlament seçkilərində Qrenlandiyanın müxalifətdəki Demokratlar Partiyası qalib gəlib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə seçicilərin 70,9 faizi iştirak edib.

Demokratlar Partiyası 10 mandat qazanaraq 31 yerlik parlamentdə ən böyük təmsilçiliyi əldə edib. Onlar liberal ideologiyaya sadiqdir və müstəqilliyin tədricən əldə olunmasının tərəfdarıdırlar.

İkinci yerdə Danimarkadan ayrılmağı və adanın müstəqilliyini müdafiə edən Naleraq partiyası qərarlaşıb. Yerli parlamentdə səkkiz deputatla təmsil olunacaq.

Dünya