“Baykar” və “Leonardo” birgə pilotsuz təyyarə istehsal edəcək

post-img

Türkiyənin aparıcı pilotsuz təyyarə istehsalçısı “Baykar” və Avropanın ən böyük müdafiə şirkətlərindən olan İtaliyanın “Leonardo” şirkəti pilotsuz təyyarə texnologiyası sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Xəbəri “Anadolu” verib. 

Sənədi Romada “Leonardo”nun baş direktoru Roberto Cinqolani, “Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar və baş direktoru Haluk Bayraktar imzalayıblar.

Cinqolani Roma Xarici Mətbuat Dərnəyinin ofisində birgə mətbuat konfransında bildirib: “Bu gün çox vacib bir gündür. “Baykar”la anlaşma memorandumu imzalayırıq. Baykardan olan həmkarlarımızla birlikdə mühüm təməl daşlarını müəyyən etdik”.

Cinqolani razılaşmanın son 5 ayda davam edən intensiv işlərin yekunu olduğuna diqqət çəkib. İş adamı bildirib ki, müqavilə 5 illikdir, lakin daha dərin əməkdaşlığı nəzərdə tutur: “Bu, əla nəticədir”.

 

P.ƏMİRCANOV

XQ

Dünya