Makron: Sülh Moskvanın şərtləri ilə bağlana bilməz

post-img

Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa qitəsinə sülh yalnız “sakitləşdirilmiş” Rusiya ilə qayıdacaq.

"Ukraynada sülhün nə qədər tez bağlanmasından asılı olmayaraq, biz Rusiya təhlükəsini tanımalı və cavab verə bilmək üçün daha güclü silahlanmalıyıq", - deəyən Makron əlavə edib ki, Avropa Ukraynaya öz şərtləri ilə sülh əldə etməyə kömək edəcək.

“Moskvanın şərtləri ilə sülh bağlana bilməz. Biz Rusiyaya etibar edə bilmərik, o, Minsk razılaşmalarını pozub.

Biz çoxlu silah istehsal edəcəyik ki, Ukrayna və biz başqalarından asılı olmayaq. Müdafiə sənayesinə çoxlu pul yatıracağıq, yaxın günlərdə mühüm qərarlar veriləcək”, - Makron vurğulayıb.

Prezident Fransa ordusunu “Avropanın ən effektiv ordusu” adlandırıb, lakin onun genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “Son 10 ildə Fransanın hərbi büdcəsi iki dəfə artıb, lakin ölkənin üzləşdiyi təhlükələri nəzərə alaraq, onu daha da genişləndirmək lazımdır”. Eyni zamanda o, vergilərin artırılmayacağını da vurğulayıb.

Makron, həmçinin bildirib ki, Rusiya Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirib: “Avropanın gələcəyini Moskva və ya Vaşinqtonda müəyyən etmək olmaz”.

S.ELAY

XQ

Dünya