Zelenski ABŞ və Ukrayna arasında yeni görüşün hazırlığını açıqlayıb

post-img

Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam müraciətində Kiyev və Vaşinqtonun yeni görüş üzərində işlədiyini bildirib. RBC-Ukrayna xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, gələn həftə müsbət nəticələr gözləyir.

“Bu gün komandalarımız - Ukrayna və Amerika Birləşmiş Ştatları görüş üzərində işə başlayıb. Andrey Ermak və Maykl Uolts danışıblar, müsbət hərəkət var. Ümid edirik ki, gələn həftə ilk nəticələri görəcəyik”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, hazırda Ukrayna çoxlu beynəlxalq işlər görür. Xüsusilə martın 5-də Ukrayna prezidenti Hollandiya, Portuqaliya və Sloveniyanın baş nazirləri, eləcə də Almaniya kansleri ilə danışıb. Zelenski Avropa liderlərinə dəstəyə görə təşəkkür edib.

O, həmçinin bildirib ki, Ukrayna martın 6-da Brüsseldə keçiriləcək Aİ sammitinə fəal şəkildə hazırlaşır.

“Biz həmçinin Avropaya inteqrasiyaya, yəni üzvlük danışıqları prosesində klasterlərə aid olan Avropa istiqamətində hərəkəti bərpa etməliyik. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, - deyə Zelenski əlavə edib.

S.ELAY

XQ

 

Dünya