Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu bildirib. BBC xəbər verir ki, Zelenski bu barədə Böyük Britaniyanı tərk etməzdən əvvəl jurnalistlərə deyib.
Ukrayna prezidentinə müqavilənin gələcəyi ilə bağlı sual verilib. Zelenski cavab verib ki, faydalı qazıntıların hasilatı ilə bağlı sazişi naziri imzalamağa hazırdır: “Bizim siyasətimiz keçmişdə baş verənləri davam etdirmək deyil, biz konstruktivik. Əgər biz mədən sazişi imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq. Əgər tərəflər hazır olsa, masa üzərində olan müqavilə imzalanacaq”.
S.ELAY
XQ