ABŞ ölkəyə köçmək istəyənlərə 5 milyon dollarlıq “qızıl kart” təklif edəcək

post-img

ABŞ ölkəyə köçmək istəyənlərə 5 milyon dollara "qızıl kartlar" təklif edəcək.

AZƏRTAC xəbər verir ki, bu təklif ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanıb.

"Qızıl kart" sahibinə yaşamaq və işləmək hüququ verəcək, həmçinin vətəndaşlıq alma imkanı tanıyacaq. Bu yeni təşəbbüs ABŞ-ın mövcud EB-5 investor viza proqramının yerini alacaq.

ABŞ Ticarət naziri Hovard Latnikin sözlərinə görə, "qızıl kart" almaq istəyənlər müvafiq yoxlamalardan keçməli olacaq.

Prezident Tramp bu kartların satışının təxminən iki həftə sonra başlayacağını qeyd edib.

Dünya