Yanvarda İlon Maskın şirkəti cəmi 9 945 avtomobil satıb ki, bu da bir il əvvəlkindən 45% azdır. Eyni zamanda, ümumi elektrik avtomobil bazarı 37% artıb.
Tesla Almaniyada 1277 yeni avtomobil qeydiyyatdan keçiriB ki, bu da 2021-ci ilin iyulundan bəri ən aşağı nəticədir. Fransada satışlar 63% azalıb, Böyük Britaniyada isə şirkət satış baxımından Çinin BYD-yə uduzub.
Analitiklər bu azalmanı yeni Model Y dizaynına keçidlə əlaqədar inventar çatışmazlığı ilə əlaqələndirirlər.
Tesla səhmləri bir həftə əvvəl NASDAQ-da 6,34% ucuzlaşıb və beş ticarət sessiyasında təxminən 17% dəyər itirib. Tesla-nın DeepSeek süni intellektini təqdim edən BYD kimi rəqiblərindən geri qalması ilə bağlı narahatlıqlar fonunda şirkətin dəyəri 200 milyard dollardan aşağı düşüb.
S.ELAY
XQ