Almaniya Trampın Rusiyanı G7-yə qaytarmaq ideyasını rədd edir

post-img

Rusiya ABŞ prezidenti Donald Trampın təklif etdiyi kimi, “Yeddi zəngin demokratik dövlətlər qrupuna” yenidən qəbul edilməyəcək.  "Reuters" xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Yorq Kukis deyib.

Kukis Trampın təklifinin lazımi yekdilliyi əldə etməyəcəyini deyərək, “G7-nin Rusiyanın təcavüzkar müharibəsini pisləməsi, xüsusən də Rusiyanın qəddar hücumunun üçüncü ildönümündə aydındır” deyib.

Kukis bildirib ki, G7 Ukraynanın bərpası üçün Avropada dondurulmuş Rusiyanın 300 milyard dollarlıq aktivlərindən istifadəyə dair uzunmüddətli təklifləri müzakirə edə bilər. Onun sözlərinə görə, müzakirələr yeni başlayır. "Yəqin ki, bu barədə danışmaq tezdir”.

S.ELAY

XQ

 

Dünya