Şri-Lankanın Ratnapura və Kalutara rayonlarında 7 mindən çox insan quraqlıq səbəbindən içməli su çatışmazlığı ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb. Bildirilib ki, ölkə üzrə ən yüksək temperatur Ratnapurada qeydə alınıb.
Havaların quraq keçməsinə baxmayaraq, 2025-ci ilin may ayına qədər suvarma üçün kifayət qədər suyun olduğunu qeyd edən Suvarma İdarəsi əkinçiliyin zərər görməyəcəyini bildirib.