Tramp Kanadaya dövlət himnini saxlamağa "icazə" verdi

post-img

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Kanadanı 51-ci ştat kimi ilhaq etmək arzusunu ifadə edib. O, Vaşinqtonda Respublikaçı Qubernatorlar Assosiasiyasının şam yeməyində çıxış edərək bunu ölkələr arasında ticarət əlaqələri ilə əlaqələndirib.

"Düşünürəm ki, Kanada avtomobillərə, taxta-şalbana, neft və qaza və s. tarifləri ödəməli olacaq və onlar öz məhsullarının 95 faizini ABŞ-dan alırlar",- Tramp əlavə edib.

Monrealda keçirilən xokkey oyununda kanadalıların Amerika himnini fitə basmaları ilə bağlı son insidenti şərh edən Tramp “sonda” onu izzətləndirəcəklərinə əmin olduğunu bildirib. O, həmçinin Kanada himninə qarşı gözlənilməz bir rəğbət göstərib: "Biz bir növ razılaşma əldə etməli olacağıq... çünki "O Kanada!" Bu gözəldir. Düşünürəm ki, biz bunu 51-ci ştat üçün saxlamalıyıq”. 

Tramp Kanadanın baş naziri Castin Trüdonu yenidən “qubernator” adlandırıb və çıxışının sonunda ABŞ prezidenti gözlənilmədən əlavə edib: “Biz Qrenlandiyaya baxırıq və Panama kanalını geri qaytarmalıyıq”.

S.ELAY

XQ

Dünya