Latviyanın xarici işlər naziri Baiba Braje ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin son açıqlamalarını şərh edərkən deyib ki, “dəhşətə düşmək və saçı yolmaq Latviya diplomatiyasının üslubu deyil”.
"European Pravda"nın yazdığına görə, Braje vurğulayıb ki, soyuqqanlı olmaq və bu məsələdə ictimai ritorika ilə məşğul olmağa çalışmamaq lazımdır.
"Bu, Latviya diplomatiya üslubu deyil - dəhşətə gəlib saçını yolmaq. Real iş görülür", - nazir bildirib.
O, əmindir ki, Trampın son günlər Ukraynadakı müharibə ilə bağlı verdiyi açıqlamaları şərh etməyə ehtiyac yoxdur.
S.ELAY
XQ