Gürcüstanda terrorçuluqda şübhəli bilinən iki nəfər saxlanılıb

post-img

Gürcüstan Prokurorluğu cümə axşamı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan iki şəxsə qanunsuz silah, partlayıcı qurğular əldə etmək və saxlamaq, habelə “İslam Dövləti” terror təşkilatında mümkün iştirakda ittiham edib.

Məlumatı “İzvestiya.ru” verib. 

Saxlanılan şəxslərin terror təşkilatı ilə mümkün əlaqələrinin araşdırıldığı bildirilib. Onların mənzillərinə baxış zamanı pulemyotlar, sursatlar, qumbaralar və partlayıcı qurğular aşkar edilərək götürülüb, üzərində İslam Dövlətinin simvolları olan bayraq götürülüb.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər təqsirli bilinərsə, onları 10 ildən 17 ilədək həbs cəzası gözləyir.

P.ƏMİRCANOV
XQ

Dünya