Ukrayna prezidenti Türkiyədə rəsmi səfərdədir

post-img

Ukrayna prezudenti Volodimir Zelenski Türkiyədə səfərdədir. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun sosial şəbəkədə yazı dərc edib. Məlumatı “Anadolu” yayıb. 

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlığın səviyyəsi bütün aspektlərdə nəzərdən keçiriləcək, tərəflər iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılması lazım olan addımları müzakirə edəcəklər.

“Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 18-də ölkəmizə Ukrayna prezidenti Volodimir Zelenski ilə prezident kompleksində görüşəcək. Danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə araşdırılacaq və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Səfər zamanı həm də Ukraynadakı son hadisələr, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə Fəxrəddin Altun qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya