Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 17 həkim saxlanılıb

post-img

Türkiyədə FETÖ ilə əlaqəsi olduğu və təşkilati fəaliyyətlərdə iştirak etdiyi müəyyənləşdirilən, eyni zamanda, hazırda ölkədə aktiv həkimlik fəaliyyəti göstərən 17 şübhəli saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkədə tibb mütəxəssislərinin müəyyənləşdirilməsi imtahanına hazırlıq xidməti göstərən yataqxanalar ilə FETÖ terror təşkilatının əlaqəsi araşdırılıb. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bununla bağlı aparılan istintaq çərçivəsində prokurorluğun Qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları mərkəzi İstanbul olmaqla, Türkiyənin 10 vilayətdə əməliyyat keçiriblər.

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı təşkilata aid çox sayda rəqəmsal material və sənəd aşkarlanaraq götürülüb.

İstintaq davam etdirilir.

Dünya