Zimbabvenin Matabeleland əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 24 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, yaralılardan 12-nin vəziyyəti ağır olaraq qalır. Bildirilib ki, avtobusda olan sərnişinlərin dəqiq sayı məlum deyil.
Qəzayla bağlı polis araşdırmalara başlayıb.