İraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin respublikadan çıxarılması məsələsi ilə bağlı Tramp administrasiyası ilə dialoq aparır. Bu barədə “İzvestiya”ya məlumat verən mənbə qeyd edib ki, təmaslar hərbi aspektlərə və təhlükəsizliklə bağlı məsələlərə aiddir.
Bununla belə, Bağdad artan terror təhlükəsindən qorxur. Bayden administrasiyası qoşunların 2026-cı ilə qədər çıxarılması planı ilə razılaşıb.
Məlumata görə, Trampın Ağ evə qayıtması ilə planlar dəyişə bilər. ABŞ-ın yeni prezidenti Yaxın Şərq siyasətinə yenidən baxılacağını açıqlayıb. Bağdad isə əvvəllər əldə edilmiş razılaşmalara əməl edilməsində israrlıdır.
P.ƏMİRCANOV
XQ