Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, xidmət tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, tüstü bacası təmizlənməyib, yanğın su hovuzu mövcud deyil, elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və c.
Qeyd olunanlar nəzərə alınaraq, “Show Baku” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
P.ƏMİRCANOV
XQ