Türkiyə Prezidentinin Malayziyada rəsmi qarşılanma mərasimi olub

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş nazirinin ofisinə gəlib və burada onu Baş nazir Ənvər İbrahim qarşılayıb. 

“Anadolu”nun məlumatına görə, liderlər mərasimdə öz yerlərini tutduqdan sonra hərbi orkestr iki ölkənin dövlət himnlərini səsləndirib. Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nümayəndə heyətlərinin təqdimatından sonra tərəflər təkbətək və geniş tərkibdə danışıqlara başlayıblar.

Görüşdən sonra Ərdoğan və İbrahim birgə mətbuat konfransı keçirəcək.

Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) sədri Haluk Gerçiç, Türk Dövlətləri Şurasının sədri Elçi Yıldırım, Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

 



Dünya