NBC: Pentaqon ABŞ qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır

post-img

NBC televiziya şirkətinin məlumatına görə, ölkənin Müdafiə Nazirliyi hərbi qüvvələrin Suriyadan tamamilə çıxarılması ilə bağlı plamn hazırlayır. Ölkə bu addımı 30, 60 və ya 90 gün ərzində həyata keçirmək üçün planlar hazırlamağa başlayıb.

Məlumatı TASS verib. 

ABŞ Müdafiə Nazirliyi bütün Amerika qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır. Bu barədə iki amerikalı məmura istinadən NBC televiziya şirkəti məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Vaşinqton administrasiyasının 10-a qədər nümayəndəsi bu yaxınlarda qoşunların ölkədən tam çıxarılmasında maraqlı olduqlarını bildiriblər. Nəticədə Pentaqon bu addımı 30, 60 və ya 90 gün ərzində həyata keçirmək üçün planlar hazırlamağa başlayıb. 

P.ƏMİRCANOV

XQ

 

 

 

Dünya