Mask USAID-in ləğvi prosesini elan edib - VİDEO

post-img

ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvinə başladığını elan edib. Bundan əvvəl media xəbər vermişdi ki, USAİD-in iki yüksək rütbəli təhlükəsizlik məmuru DOGE nümayəndələrinə agentliyin təhlükəsiz sistemlərinə girişi qadağan etdiyinə görə işdən kənarlaşdırılıb.

“Biz USAİD-in ləğvi prosesindəyik” deyən İlon Mask “X” sosial şəbəkəsində bu strukturun “bərpa oluna bilməyəcəyini” vurğulayıb. "Bu qurdlu alma deyil, sadəcə bir qurd parçasıdır", -iş adamı əlavə edib.

USAID 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək üçün yaradılıb. Yanvarın 20-də, andiçmə günü ABŞ prezidenti Donald Tramp USAİD-in təşəbbüslərini 90 gün müddətinə dondurub və bu müddət ərzində onların proqramlarına yenidən baxılmalıdır. "Politico" xəbər verir ki, USAID müstəqillikdən məhrum edilə və Dövlət Departamentinin nəzarətinə verilə bilər.

Mənbələrin "Reuters"ə verdiyi məlumata görə, son bir həftə ərzində məzuniyyətə buraxılan USAİD əməkdaşlarının sayı 100-ə yaxınlaşıb. İlon Mask heç bir sübut təqdim etməsə də, agentliyin biosilah araşdırmalarını maliyyələşdirdiyini iddia edib. O, USAID-in 2023-cü ildə xərclədiyi 40 milyard dolları “dəlicəsinə pul itkisi” adlandırıb.

S.ELAY

XQ


@xalqqazeti Mask USAID-in ləğvi prosesini elan edib #keşfet #xeberler #kesfet #usa #USAİD ♬ оригинальный звук - xalqqazeti

Dünya