Qazaxıstan və Rusiya ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq niyyətindədir

post-img

Qazaxıstanın Baş naziri Oljas Bektenov Astanada rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə əldə olunmuş razılaşmaların praktiki icrasının təmin edilməsinin, o cümlədən ikitərəfli ticarətin həcminin 30 milyard dollara çatdırılmasının zəruriliyini bildirib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Oljas Bektenovun sözlərinə görə, 2023-cü ildə ticarət dövriyyəsinin həcmi artaraq 27,1 milyard dollar təşkil edib.

“Ötən ilin 11 ayı ərzində qarşılıqlı ticarət də yaxşı nəticələr göstərərək 24,2 milyard dollar həddinə çatıb”, - deyə Oljas Bektenov bildirib.

Qazaxıstanın Baş naziri qeyd edib ki, Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşlarından biridir.

O deyib: “Qazaxıstanda Rusiyanın iştirakı ilə 23 mindən çox şirkət fəaliyyət göstərir. Bu, xarici kapitallı müəssisələrin ümumi sayının demək olar ki, 40 faizini təşkil edir”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya