Əhməd əş-Şara Suriyada keçid dövrü prezidenti elan olunub

post-img

Suriyada yeni administrasiyanın lideri Əhməd əş-Şara keçid dövrünün prezidenti elan edilib. Məlumatı XQ “Anadolu”ya istinadən yayıb. 

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, Dəməşqdə Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və ölkənin hərbi qruplaşmalarının nümayəndələrinin iştirakı ilə “Qələbə Konfransı” keçirilib.

Tədbirin sonunda Hərbi Əməliyyatlar İdarəsinin mətbuat katibi polkovnik Həsən Abdelqani yekun bəyannaməni oxuyub. Bu sənədə əsasən, Şara keçid dövrü ərzində Suriyanın prezidenti elan edilib və o, ölkəni beynəlxalq platformalarda təmsil etmək səlahiyyətinə malikdir.

Konfrans 2012-ci il konstitusiyasını ləğv edib. Abdelqani həm də Əsəd rejimi ilə əlaqəli ordu, təhlükəsizlik qüvvələri və parlamentin buraxıldığını açıqlayıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya