Peskov: Putin Trampla danışmağa hazırdır

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampla əlaqə saxlamağa hazırdır. O vurğulayıb ki, Kreml siqnallar gözləyir və mümkün söhbət barədə vaxtında məlumat verəcək. 

Məlumatı “Kommersant” verib. 

Bir gün əvvəl, yanvarın 23-də ABŞ prezidenti Vladimir Putinlə “dərhal” görüş keçirmək niyyətində olduğunu bildirib.

“Qulaq as, Putin hazırdır, biz siqnallar gözləyirik, hamı hazırdır.  Nə isə olan kimi sizə məlumat verəcəyik”, - deyə mətbuat katibi mətbuata bildirib. O, jurnalistlərin bu həftəsonu ABŞ və Rusiya prezidentləri arasında dialoqun mümkünlüyü barədə suala cavabında deyib.

Dünən Tramp həm də Ukrayna prezidenti Vladimir Zelenskinin ona “müharibəyə son qoymaq üçün razılıq əldə etməyə” hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinə “təkcə iqtisadi baxımdan deyil, həm də boşuna məhv edilən milyonlarla həyat nöqteyi-nəzərindən” son qoyulmalıdır.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya