Vaşinqtonda 625 nəfərlik elit bunker tikiləcək

post-img

Qlobal fəlakət olacağı təqdirdə dünyanın ən varlı insanları üçün Vaşinqtonda, Ağ evin yaxınlığında 625 yerlik elit bunker tikiləcək.

AZƏRTAC Britaniyanın “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bunkerdə hər bir yer üçün 20 milyon dollar ödəmək lazım gələcək.

Nəşrin məlumatına görə, elita üçün üzgüçülük hovuzları, süni intellektlə işləyən tibbi avadanlıqlarla təchiz olunmuş lüks “qiyamət” bunkeri 2026-cı ildə açılacaq. ABŞ-ın “SAFE” şirkəti Virciniyada elit qala tikmək planlarını açıqlayıb. 300 milyon dollara başa gələcək bunkerdə qlobal fəlakət zamanı dünyanın ən zəngin 625 adamı yerləşə biləcək.

Vaşinqtonda Ağ evə yaxın yerləşməsinə baxmayaraq, yeni sığınacağın rəhbərləri bunun sadəcə “təsadüf” olduğunu və beynəlxalq gərginlik və mümkün üçüncü dünya müharibəsi təhlükəsi ilə heç bir əlaqəsinin olmadığını deyirlər.

Qeyd olunur ki, “Aerie” adlı bunkerin sakinləri gözəl yeməklə təmin ediləcək, boulinq və qayayadırmanma ilə məşğul ola biləcəklər.

Dünya