ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi münaqişəni həll etmək istədiyini bildirib. O hesab edir ki, cənab Zelenski Rusiya hərbi əməliyyatının başlamasına icazə verməməli idi.
“Zelenski, sizə deyirəm, indi hər şeyi həll etmək istəyir... Bilirsiniz, o, mələk deyil, o, bu müharibənin başlanmasına icazə verməməli idi”, - deyə cənab Tramp Fox News-a müsahibəsində bildirib (RİA Novosti).
ABŞ prezidenti, həmçinin Ukraynadakı münaqişəni tezliklə həll etməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
Yanvarın 23-də Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Onun fikrincə, görüş “dərhal” keçirilməlidir. O, iddia edir ki, Vladimir Zelenski Rusiya ilə sövdələşməyə hazırdır. Şərtlər açıqlanmır.
S.ELAY
XQ