İsrail və HƏMAS Qəzzada döyüşləri dayandıracaq, girovların və fələstinli məhbusların mərhələli şəkildə azad edilməsinə səbəb olacaq razılaşmanı əldə ediblər.
Sənədin icrasına yanvarın 19-dan başlayacaq. HƏMAS-ın razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcəyi gözlənilir. Yüzlərlə fələstinli məhbus eyni vaxtda İsrail həbsxanalarından azad ediləcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. Müharibəyə son qoymağı nəzərdə tutan ikinci mərhələ üzrə danışıqlar sazişin həyata keçirilməsinin 16-cı günündə başlayacaq. (AZƏRTAC)