ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Məlumatı RİA Novosti verib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Kiyev rejimi yanvarın 11-də “Türk axını” ilə qaz tədarük edən Qay Kodzor kəndindəki “Russkaya” kompressor stansiyasına 9 pilotsuz uçan aparatın köməyi ilə hücuma cəhd edib. Məqsəd Avropa ölkələrinə mavi yanacağın tədarükünü dayandırmaqdır.
Qeyd olunur ki, PUA-ların hamısı havada vurulub, onlardan birinin dağıntıları qazölçmə məntəqəsinin binasına və avadanlıqlarına cüzi ziyan vurub. Bununla belə, heç kim xəsarət almayıb.
“Qazprom”un əməkdaşları dəymiş ziyanı tez bir zamanda aradan qaldırıb və avadanlıqları bərpa ediblər. Nazirlikdən verilən məlumata görə, hazırda kompressor stansiyası adi qaydada qaz vurur.
P.ƏMİRCANOV
XQ