Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ildə rekord həddə çatıb

post-img

Rusiya ilə Çin arasında ticarət 2024-cü ildə illik müqayisədə 1,9% artaraq 244,81 milyard dollara çatıb. Bu, ÇXR Baş Gömrük İdarəsinin məlumatlarından və RİA Novosti-nin hesablamalarından irəli gəlir.

Hesabat dövründə Çin Rusiyaya ixracını 4,1% artıraraq, demək olar ki, 115,5 milyard dollara çatdırıb. Çinin Rusiya Federasiyasından idxalının göstəricisi ötən ilin səviyyəsində qalıb - 129,32 milyard dollar.

2024-cü ilin dekabrında Moskva ilə Pekin arasında ticarət dövriyyəsi 21,97 milyard dollara çatıb. Rusiya Çinə 10,67 milyard dollar, Çin isə 11,3 milyard dollarlıq mal ixrac edib.

Bundan əvvəl məlum olub ki, 2024-cü ilin yanvar-noyabr aylarında Çindən Rusiyaya minik avtomobillərinin ixracı 28,6% artaraq 13,8 milyard dollar təşkil edib.

S.ELAY

XQ

Dünya